‘Gardiani’ – Səudiyyə Ərəbistanı ABŞ-ı İrana qarşı hücumları gücləndirməyə çağırır
‘Gardiani’ – Səudiyyə Ərəbistanı ABŞ-ı İrana qarşı hücumları gücləndirməyə çağırır

“Səudiyyə Ərəbistanı ABŞ-ı İrana qarşı hücumları gücləndirməyə çağırır, – bu barədə ‘The Guardian’a anonim mənbə məlumat verib.

Mənbə ‘New York Times’ın yayımladığı xəbəri təsdiqləyir ki, Səudiyyə Ərəbistanı taxtının varisi şahzadə Məhəmməd bin Salman Donald Trampdan İrana qarşı başlanan müharibəni dayandırmamağı xahiş edib və ABŞ-ın və İsrailin birgə kampaniyasının Yaxın Şərq üçün tarixi imkan yaratdığını vurğulayıb.

‘The Guardian’ın mənbəsinə görə, Ər-Riyad yalnız hərbi kampaniyanın davam etdirilməsini deyil, həm də onun gücləndirilməsini tələb edir.

‘The Guardian’ yazır ki, Yaxın Şərqdə müharibədə Səudiyyə Ərəbistanının aktiv hərbi iştirakı barədə məlumat yoxdur, lakin İran və ABŞ arasında sülh təşəbbüsü uğursuz olarsa, Ər-Riyad müvafiq addımlar atacaq.”