Qara dənizdə, Bosfor boğazı yaxınlığında ALTURA tankerinə hücum edilib
Qara dənizdə, Bosfor boğazı yaxınlığında ALTURA tankerinə hücum edilib

Qara dənizdə, Bosfor boğazı yaxınlığında ALTURA tankerinə hücum edilib və nəticədə partlayış baş verib. Bu barədə ‘Bloomberg’ məlumat yayıb.

Məlumata görə, tankerə hücum pilotsuz qayıq vasitəsilə həyata keçirilib. Bu məlumatı Türkiyənin nəqliyyat naziri Uraloğlu da təsdiqləyib.

Hücum nəticəsində tanker zədələnib, lakin göyərtədə olan 27 dənizçi xəsarət almayıb.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, ALTURA Türkiyənin Pergamon Shipping şirkətinə məxsusdur və sanksiyalardan yan keçərək neft daşınmasında istifadə olunan Rusiyanın “kölgə donanması”na daxildir.”