Gallup-un araşdırması – İslandiyada sorğuda iştirak edənlərin 51,6%-i Avropa İttifaqı ilə danışıqların bərpasının əleyhinədir, 48,4%-i isə bunu dəstəkləyir
“Gallup” təşkilatının İslandiyada keçirdiyi sosioloji araşdırmaya görə, sorğuda iştirak edənlərin 51,6%-i İslandiya ilə Avropa İttifaqı arasında danışıqların bərpasına qarşıdır, 48,4%-i isə bunu dəstəkləyir.
Sorğu 24-27 avqust tarixlərində keçirilib, “Reuters” xəbər verir.
Araşdırma çərçivəsində 4 583 nəfər sorğuda iştirak edib.
Bununla yanaşı, bir neçə gün əvvəl yayımlanan başqa bir sosioloji araşdırma əks nəticə göstərib. Həmin araşdırmaya görə, İslandiyada respondentlərin 51,3%-i Avropa İttifaqı ilə danışıqların bərpasını dəstəkləyib, 48,7%-i isə buna qarşı çıxıb.
Qeyd edək ki, avqustun 29-da İslandiyada referendum keçiriləcək. Referendumda seçicilərə “İslandiya Avropa İttifaqına üzvlüklə bağlı danışıqları bərpa etməlidirmi?” sualı veriləcək. Seçicilərə iki cavab variantı təqdim olunacaq: “bəli” və “xeyr”.
İslandiya Avropa İttifaqına üzvlüklə bağlı danışıqları müraciət etdikdən dörd il sonra, 2013-cü ildə dayandırıb.