Qaçqınların kompakt məskunlaşdığı bölgələrdə infrastruktur işləri üçün Abxaziya Muxtar Respublikasının büdcəsindən 1 500 000 lari ayrılıb
Abxaziya Muxtar Respublikası hökumətinin sədri Qiorqi Cincaradzenin qərarı ilə kompakt məskunlaşma yerlərində infrastruktur ehtiyaclarını qarşılamaq üçün Abxaziya Muxtar Respublikasının büdcəsindən 1 500 000 lari ayrılıb.
Layihə çərçivəsində qaçqınların kompakt məskunlaşdığı bölgələrdə əsasən dam örtüklərinin dəyişdirilməsi, fasadların bərpası, kommunikasiya sistemlərinin tənzimlənməsi və ümumi istifadə üçün nəzərdə tutulan sahələrin abadlaşdırılması işləri həyata keçiriləcək.
Qəbul edilən qərarlar nəticəsində infrastruktur işləri cari ildə başlayacaq və 2026-cı ili də əhatə edəcək. Ümumilikdə, layihənin dəyəri dörd milyon lariyə çatacaq.
Qaçqınların məskunlaşdığı yerlərdə ehtiyacların müəyyən edilməsi bu il birbaşa Qiorqi Cincaradze və Abxaziya hökumətinin üzvləri tərəfindən əhali ilə aktiv ünsiyyət əsasında həyata keçirilib.
Məlumatı Abxaziya Muxtar Respublikası hökumətinin mətbuat xidməti yayır.