Qafqaz Tibb Mərkəzində bildirirlər ki, ikinci İlya süni tənəffüs aparatına qoşulub
Qafqaz Tibb Mərkəzində bildirirlər ki, bütün Gürcüstanın katolikos-patriarxı ikinci İlya-ya hemodinamik göstəricilərin maksimum sabitləşdirilməsi üçün bütün zəruri müalicə aparılır.
Qafqaz Tibb Mərkəzinin direktoru Sofio Aspanidzenin jurnalistlərə verdiyi məlumata görə, patriarx hazırda kritik tibbi şöbədə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
“Pasiyent güclü qanaxma ilə gətirilib. Ona qanaxmanın qarşısının alınması üçün lazım olan bütün müalicəvi-diaqnostik prosedurlar həyata keçirilib. Hazırda pasiyent kritik tibbi şöbədədir. Onun hemodinamik göstəriciləri diqqət tələb edir, qeyri-sabitdir, lakin çoxprofilli komanda tərəfindən pasiyentin vəziyyəti tam nəzarətdə saxlanılır və bu göstəricilərin maksimum sabitləşdirilməsi təmin olunur. Qanaxmanın dayandırılması üçün pasiyentə endoskopik prosedur aparılıb və qanaxma dayandırılıb.
Hazırda pasiyent bu prosedur üçün nəzərdə tutulan vəziyyətdədir, yəni intubasiya olunub. Hemodinamik göstəricilər qeyri-sabitdir. Pasiyent təxminən gecə saat üç radələrində müraciət edib. Adi prosedura uyğun olaraq, pasiyent müəyyən müddət sakit vəziyyətdə saxlanılmalıdır. Bu, bizim tərəfimizdən yaradılan yuxu vəziyyətidir ki, hemodinamik göstəriciləri maksimum sabitləşdirə bilək”, – deyə Sofio Aspanidze bildirib.