Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi | Gürcüstan millisi Türkiyə ilə qarşılaşacaq – birbaşa reportaj Birinci Kanaldan #1TVSPORT
Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi | Gürcüstan millisi Türkiyə ilə qarşılaşacaq – birbaşa reportaj Birinci Kanaldan #1TVSPORT

Gürcüstan milli futbol komandası 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin dördüncü oyununu İzmitdə Türkiyə yığması ilə keçirəcək. Oyun saat 22:45-də başlayacaq və matçı Gürcüstanın Birinci Kanalı və Birinci Kanal Sport canlı yayımlayacaq.

Gürcüstan millisi:
Villi Sanyolun komandası E qrupunda keçirdiyi 3 oyundan sonra 3 xala malikdir. Türkiyə ilə qarşılaşma üçün komandanın əsas oyunçularından biri — Luka Loçoxşvili geri dönür. O, İspaniya ilə oyunu sarı kartlar səbəbilə buraxmışdı.

Baş məşqçi İspaniya ilə oyunda komandanın liderlərini erkən əvəz etdi, onlara istirahət imkanı verdi və dəfələrlə vurğuladı ki, Türkiyə ilə görüş həlledici əhəmiyyət daşıyır.

Matç öncəsi mətbuat konfransında Sanyol həmçinin qeyd edib ki, Gürcüstan millisinin futbolçularının arzusu Dünya Çempionatında oynamaqdır və qarşıdakı oyunda diqqəti əldən verməməlidirlər.

Türkiyə millisi:
Gürcüstan millisinin rəqibi vacib qarşılaşmaya yaxşı əhval-ruhiyyə ilə çıxır. Türkiyə 11 oktyabrda Sofiyada Bolqarıstanı 6:1 hesabı ilə məğlub edərək qrupdakı top fərqini yaxşılaşdırdı.

Komandanın baş məşqçisi, italiyalı Vinçenzo Montella bildirib ki, Gürcüstan Türkiyə üçün Dünya Çempionatının seçmə mərhələsində birbaşa rəqib sayılır.

Diskvalifikasiya səbəbindən Türkiyə millisinin “Fənərbaxça” hücumçusu İrfan Can Kahveci komandaya kömək edə bilməyəcək. Həmçinin Fransa “Lill” klubunun qapıçısı Berke Özer komandadan ayrılıb və onun yerinə “Başakşəhər”in qapıçısı Mühəmməd Şengezer çağırılıb.

Gürcüstan millisinin heyəti:

Qapıçılar: Giorgi Mamardaşvili (“Liverpul”, İngiltərə), Luka Qugeşvili (PAOK, Yunanıstan), Davit Kereselidze (“Dila”, Qori)

Müdafiəçilər: Quram Kaşia (“Slovan”, Slovakiya), Otar Kakabadze (“Krakoviya”, Polşa), Laşa Dvali (“CSKA 1948 Sofiya”, Bolqarıstan), İrakli Azarovi (“Şaxtar”, Ukrayna), Luka Loçoxşvili (“Nürnberq”, Almaniya), Giorgi Qoçoleişvili (“Hamburq”, Almaniya), Saba Qoqliçidze (“Udineze”, İtaliya), İva Geliaşvili (“Panseraykos”, Yunanıstan)

Yarım müdafiə və hücum: Otar Kiteişvili (“Şturm”, Avstriya), Giorgi Koçoraşvili (“Sportinq”, Portuqaliya), Anzor Meqvabişvili (“Krayova”, Rumıniya), Nika Qaqnidze (“Kolos”, Ukrayna), Vladimer Mamuçaşvili (“Torpedo”, Kutaisi), Nodar Lominadze (“Eştoril”, Portuqaliya), Giorgi Tsitaishvili (“Mets”, Fransa), Zuriko Davitaşvili (“Sent-Etyen”, Fransa), Saba Lobjanidze (“Atlanta United”, ABŞ), Xviça Kvaratsxeliya (“PSJ”, Fransa), Budu Zivzivadze (“Haydenhaym”, Almaniya), Giorgi Kvernadze (“Frozinone”, İtaliya), Giorgi Quliashvili (“Sarayevo”, Bosniya və Herseqovina), Giorgi Mikautadze (“Vilyarreal”, İspaniya)

ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il Dünya Çempionatına vəsiqəni seçmə mərhələdə qrupda birinci yeri tutan komanda qazanacaq, ikinci yeri tutan komanda isə mübarizəni pley-offda davam etdirəcək.

Dünya Çempionatının seçmə mərhələsi, E qrupu – 4-cü tur öncəsi: