Futbol | “Jalgiris” – “Dinamo Tbilisi” matçı Gürcüstanın Birinci Kanalında yayımlanacaq #1TVSPORT
“Dinamo Tbilisi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Vilnüsün “Jalgiris” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da (Tbilisi vaxtı ilə 21:00) başlayacaq və canlı yayımla Gürcüstanın Birinci Kanalında təqdim olunacaq.
Komandalar arasında ilk oyun iyulun 23-də Tbilisidə keçirilib və “Dinamo Tbilisi”nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Bu nəticə cavab görüşü öncəsi Gürcüstan təmsilçisinə ciddi üstünlük qazandırır.
Gürcüstan və Litvanın tanınmış klubları arasında rəqabət hələ ötən əsrdən başlayır. Vilnüs təmsilçisi SSRİ çempionatının yüksək liqasında çıxış edib və həmin dövrdə “Dinamo Tbilisi” ilə 18 dəfə qarşılaşıb. Bu görüşlərin dördündə Litva klubu “Spartakas” adı altında mübarizə aparıb. Tbilisi təmsilçisi bu oyunların 10-da qalib gəlib, 3 görüş isə heç-heçə başa çatıb.
Vilnüsdə keçiriləcək oyunu Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Vlatko İlioski, yan hakimlər Kuştrim Lika və Daniel Vasilevski olacaq. Dördüncü hakim funksiyasını isə Aleksandar Vasilevski yerinə yetirəcək.
“Jalgiris” səddini keçəcəyi təqdirdə, “Dinamo Tbilisi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” və Kiprin “Pafos” komandaları arasındakı UEFA Avropa Liqası cütünün məğlubu ilə qarşılaşacaq. Həmin komandalar Avropa Liqasında mübarizə aparır və məğlub olan tərəf Konfrans Liqasına keçəcək. İlk oyunda “Hayduk” öz meydanında 2:0 hesabı ilə qalib gəlib.