Futbol | Gürcüstan və Almaniyanın U-21 yığmalarının matçı Birinci Kanalda #1TVSPORT
Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət yığması noyabrın 18-də Mixeil Mesxi adına Stadionda Avropa Çempionatının seçmə matçında alman həmyaşıdlarına ev sahibliyi edəcək – oyun saat 21:00-da başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı sizlərə təqdim edəcək.
Dörd turdan sonra Gürcüstanın gənclər yığması 5 xalla dördüncü yerdədir, bugünkü rəqibinin isə 9 xalı var və turnir cədvəlində ikinci yeri tutur.
U-21 Avropa Çempionatının final mərhələsinə vəsiqəni doqquz qrupun qalibi və ən yaxşı ikinci yerdə qərarlaşan komanda birbaşa qazanacaq, 8 ikinci yer sahibi isə pley-offda daha dörd vəsiqənin sahibini müəyyən edəcək, onlara iki ev sahibi — Serbiya və Albaniya əlavə olunacaq.
Ramaz Svanadze (21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi):
“Almaniyanın yığması — Avropada seçilən komandalardan biri ilə oynayacağıq və əhval-ruhiyyə də buna uyğundur. Yunanıstana qarşı məğlubiyyətdən sonra hamımız məyus idik, lakin düşünürəm ki, hər şeyi unutmuşuq.
Bilirik ki, Almaniya ilə oyunda favorit deyilik, lakin əvvəllər də bizdən daha yüksək statuslu rəqiblə oynayanda belə vəziyyətdə olmuşuq, buna görə çalışacağıq ki, birliyimiz və oyuna yanaşmamızla hamımızı qane edəcək nəticə əldə edək”.
U-21 | Heyət
Qapıçılar: Mixeil Makatsaria (“Dinamo Tbilisi”), Saba Kacaia (“Real Murcia”, İspaniya), Papuna Beruaşvili (“Rustavi”).
Müdafiəçilər: Jorje Karseladze (“Academica Coimbra”, Portuqaliya), Davit Bukia (“Lokomotiv Tbilisi”), Luka Latsabidze (“Dinamo Tbilisi”), Otar Çoçia (“Gagra”), Qiorqi Qvasalia (“Dinamo Tbilisi”), Akaki Qiunaşvili (“Kolxeti Poti 1913”), Saba Xarebaşvili (“Dinamo Tbilisi”), Qiorqi Tabatadze (“Vejle”, Danimarka).
Yarımmüdafiəçilər: Daçi Lortkipanidze (“Cremonese”, İtaliya), Nikoloz Dadiani (“İberia 1999”), Qiorqi Xarebava (“Kolxeti Poti 1913”), Tsotne Berelidze (“Dinamo Tbilisi”), Luka Tsulukidze (“Dinamo Batumi” ), Aleko Basiladze (“Torpedo Kutaisi”), Quram Caparidze (“Dinamo Batumi” ).
Hücumçular: Dieqo Deisadze (“Termalica Nieciecza”, Polşa), Davit Qotsiridze (“Gagra”), Luka Parkadze (“Salzburg”, Avstriya), Dimitri Ğurtskaia (“Meshaxte Tkibuli”).
Hakim
Gürcüstan və Almaniyanın yığmalarının matçına erməni hakimlər briqadası xidmət edəcək. Əsas hakim Aşot Qaltaxçiyana Artur Qdliani və Xaçatur Hovannesyan kömək edəcəklər, dördüncü hakim isə Zaven Hovannesyan olacaq.