Bu gün Belçikanın paytaxtı Brüsseldə Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək və turnirdə Gürcüstan millisinin rəqibləri müəyyənləşəcək. Tədbir Gürcüstan vaxtı ilə saat 21:00-da başlayacaq – canlı yayımı Gürcüstanın Birinci kanalı təqdim edəcək.
Əvvəlki mövsümün reytinqinə əsasən, Gürcüstan millisi B Liqasının üçüncü səbətində yer alıb.
Millətlər Liqası, B divizionu – səbətlər:
Birinci səbət: Şotlandiya, Macarıstan, İsrail, Polşa;
İkinci səbət: İsveçrə, Ukrayna, Bosniya, Avstriya;
Üçüncü səbət: Gürcüstan, Rumıniya, İrlandiya, Sloveniya;
Dördüncü səbət: İsveç, Şimali Makedoniya, Kosovo, Şimali İrlandiya.
Yeni mövsümdən etibarən UEFA milli komandaların təqvimində dəyişiklik edib. Payızda milli oyunlar üçün iki pəncərə ayrılacaq (əvvəlki illərdən fərqli olaraq, sentyabr, oktyabr və noyabrda üç pəncərə yox). Bu dəfə sentyabr-oktyabr aylarında 12 gün ərzində komandalar ardıcıl dörd oyun keçirəcəklər, son iki tur isə noyabrda beş günlük intervalda baş tutacaq. Pley-off mərhələsi 2027-ci ilin martında deyil, iyun ayında keçiriləcək.
Reqlamentdə də dəyişiklik var. B Liqasında qrup ikincisi gələn ilin 25-30 mart tarixlərində A Liqasının qrup üçüncüsü ilə pley-offda (iki oyun – evdə və səfərdə) qarşılaşacaq. Qrup üçüncüsü olan komanda isə martda C Liqasının qrup ikincisi ilə B Liqasında yerini qorumaq uğrunda mübarizə aparacaq.
Qrup qalibləri 2028-ci il Avropa çempionatına klassik seçmə mərhələdən vəsiqə qazana bilməsələr, pley-off vasitəsilə şans əldə edəcəklər. Qeyd edək ki, AVRO-2028-in seçmə mərhələsində komandalar səbətlərə Millətlər Liqasındakı nəticələrinə əsasən bölüşdürüləcək.
Millətlər Liqasının oyun təqvimi:
I tur: 24-26 sentyabr;
II tur: 27-29 sentyabr;
III tur: 30 sentyabr – 3 oktyabr;
IV tur: 4-6 oktyabr;
V tur: 12-14 noyabr;
VI tur: 15-17 noyabr.