“Frontex”-in məlumatına görə, sentyabrın 19-dan sentyabrın 25-dək Avropa İttifaqının ərazisinə 66 000 Rusiya vətəndaşı daxil oldu ki, bu da əvvəlki həftələrlə müqayisədə 30 faiz çoxdur

10:50, 28.09.2022

“Frontex” Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin məlumatına görə, sentyabrın 19-dan sentyabrın 25-dək Avropa İttifaqının ərazisinə 66 000 Rusiya vətəndaşı daxil oldu ki, bu da əvvəlki həftələrlə müqayisədə 30 faiz çoxdur.

Agentliyin məlumatına görə, rusların əksəriyyəti Avropaya Finlandiya və Estoniya sərhədindən keçir.

Agentliyin yazdığına görə, Rusiya prezidentinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra Finlandiyada sərhədi keçmə faktları xeyli artıb. Yayılan məlumata görə, son bir həftədə Finlandiyaya 30 000 Rusiya vətəndaşı daxil olub.

“Frontex”-in məlumatına görə, Ukraynada müharibə başlayandan 1 303 000 Rusiya vətəndaşı quru sərhədləri vasitəsilə Avropaya daxil olub. Eyni zamanda, 1 273 000 vətəndaş Avropa İttifaqı ilə quru sərhədindən Rusiyaya geri qayıdıb.

Oxşar