Fristail Dünya Çempionatı üçün Bakurianidə kanat yolunun tikintisinə başlanır
Bakurianidə, Didveli həndəvəri ərazisində bu gün, dünyada aparıcı şirkətlərdən biri olan, “Dopelmayer-Qaraventa” Avstriya-İsveç qrupu ilə, üç yeni kanat yolunun tikintisi barəsində müqavilə imzalanacaq.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, kanat yollarının tikintisi, xizək və snoubordlar ilə sürüşmədə 2023-cü il dünya çempionatı üçün Didveli ərazisində həyata keçirilməlidir.
Müqavilənin imzalanması tədbirini Gürcüstanın baş naziri, Mamuka Baxtadze açacaq. Tədbir saat 11:00-da başlayacaq.
Festivala ev sahibliyi hüququnu Gürcüstan 2018-ci ildə əldə etdi.