Friedrich Merz — Mən uşaqlara ABŞ-a təhsil və ya iş üçün getməyi məsləhət görməzdim. Orada gözlənilmədən müəyyən sosial iqlim formalaşıb, hətta ən yüksək təhsilli insanlar üçün də iş tapmaq çətinləşib

17:23, 15.05.2026

Friedrich Merz bildirib ki, hazırkı vəziyyətdə öz uşaqlarına ABŞ-a getməyi tövsiyə etməz.

Almaniya hökumətinin başçısı bu barədə alman mediasına verdiyi müsahibədə və Würzburqda katolik konqresində gənclərlə söhbət zamanı danışıb.

“Bu gün mən uşaqlarıma ABŞ-a getməyi, orada təhsil almağı və işləməyi məsləhət görməzdim, sadəcə ona görə ki, orada gözlənilmədən müəyyən sosial iqlim formalaşıb”, – deyə Friedrich Merz bildirib.

Onun sözlərinə görə, ABŞ-da sosial mühit sürətlə dəyişib.

“Bu gün Amerikada hətta ən yüksək təhsilli insanlar üçün də iş tapmaq çətindir”, – deyə o qeyd edib.

Oxşar