Friedrich Merts bildirir ki, enerji böhranı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasını çağıracaq
Friedrich Merts bildirir ki, enerji böhranı ilə əlaqədar Milli Təhlükəsizlik Şurasını çağıracaq

Enerji böhranı ilə əlaqədar Almaniyanın kansleri Friedrich Merz Milli Təhlükəsizlik Şurasını çağırır.

Merz bildirib ki, yaxın vaxtlarda Şuranın iclasını keçirməyi planlaşdırır. İclasda ölkədə enerji və yanacaq təchizatının mövcud vəziyyəti müzakirə olunacaq.

Onun sözlərinə görə, əsas məqsəd dizel, benzin və aviasiya yanacağı kimi vacib yanacaq növlərinin etibarlı ehtiyatını təmin etməkdir.

“Vəziyyət gərgindir, lakin təchizat təmin olunub. Şərtlər pisləşərsə, müvafiq tədbirlər görməyə hazırıq”, – deyə Merz qeyd edib.

Merz əlavə edib ki, təchizat zəncirlərinin qorunması hökumətin əsas prioritetlərindən biri olaraq qalır və sabitliyi təmin etmək üçün “bütün mövcud alətlərdən” istifadə ediləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Şurası ötən il Merzin koalisiya hökuməti tərəfindən yaradılıb və böhran vəziyyətlərinə operativ reaksiya vermək üçün nəzərdə tutulub. Şuranın tərkibinə federal hökumət və təhlükəsizlik qurumlarının nümayəndələri daxildir.