Fridrix Merts – Yanacağın qiymətləri bir çox insan üçün çox ağır yükə çevrilib
Yanacağın qiymətləri bir çox insan üçün çox ağır yükə çevrilib – bu barədə Almaniyanın kansleri Fridrix Merts sosial şəbəkədə yazıb.
Almaniyanın “Xristian-Demokrat İttifaqı” (CDU) liderinin sözlərinə əsasən, federal hökumət vəziyyətin yüngülləşdirilməsi üzərində işləyir və yanacağın qiymətinin enməsi ilə bağlı planı gələcəkdə təqdim edəcəklər.
“Yanacağın qiymətləri bir çox insan üçün çox ağır yükə çevrilib. Buna ciddi yanaşıram: federal və ştatların hökumətləri vəziyyətin yüngülləşdirilməsi yolları üzərində işləyirlər. Biz bununla bağlı təklif təqdim edəcəyik” – Merts yazır.