Fridrix Merts - Vladimer Putinin Çinə səfərini Si Dzinpinin Putinə Ukraynada qazana bilməyəcəyi müharibəni dayandırmaq barədə çağırış edəcəyi ümidi ilə əlaqələndiririk
Fridrix Merts - Vladimer Putinin Çinə səfərini Si Dzinpinin Putinə Ukraynada qazana bilməyəcəyi müharibəni dayandırmaq barədə çağırış edəcəyi ümidi ilə əlaqələndiririk

 

Almaniyanın kansleri Fridrix Merts ümid edir ki, Çinin lideri rus həmkarı ilə görüşündə onu Ukraynaya qarşı müharibəyə son qoymağa çağıracaq. Bu haqda “Deutsche Welle” yazır.

“Əlbəttə, biz bu səfəri Prezident Sinin Putinə Ukraynada qazana bilməyəcəyi bu müharibəni dayandırmaq barədə çağırış edəcəyi ümidi ilə əlaqələndiririk” – kansler Berlində İsveçrə Prezidenti ilə görüşdən sonra açıqlayıb.

O, həmçinin qeyd edib ki, bu mərhələdə Rusiya ilə Çin arasındakı strateji münasibətlərdə fundamental dəyişiklik gözləmir.