Almaniyanın kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Telefon danışığı Tramp Çindən ABŞ-a qayıdarkən baş tutub.
Fridrix Mertsin yazdığı kimi, onlar İranın dərhal danışıqlar masasına əyləşməsi və Hörmüz boğazını açması barədə razılığa gəliblər.
Almaniya hökumətinin başçısı həmçinin qeyd edib ki, İranın nüvə silahı olmamalıdır.
“Həmçinin, Ukraynada mövcud vəziyyətin sülh yolu ilə həllini müzakirə etdik. NATO-nun Ankara sammitindən əvvəl mövqelərimiz barədə razılığa gəldik. ABŞ və Almaniya güclü NATO-da güclü tərəfdaşlardır” – Fridrix Merts yazır.