Almaniyanın kansleri Rusiya tərəfindən Ukraynaya qarşı başladılmış tammiqyaslı müharibənin dördüncü ildönümündə avropalıları birliyə çağırıb.
“Artıq dörd ildir, hər gün və hər gecə ukraynalılar üçün, təkcə onlar üçün deyil, hamımız üçün kabusa çevrilib, çünki müharibə Avropaya qayıdıb. Biz onu yalnız birgə səylə bitirəcəyik, axı Ukraynanın taleyi bizim taleyimizdir” – Fridrix Merts “X” sosial şəbəkəsində yazır.