Fridrix Merts – Ukraynanın Avropa İttifaqına dərhal qoşulmasının imkansız olduğu hər kəsə aydındır

19:21, 24.04.2026

 

Almaniyanın kansleri Fridrix Merts bildirib ki, Kiprdə keçirilən Avropa İttifaqı liderlərinin qeyri-rəsmi sammitində Ukraynanın Avropa İttifaqına qoşulmasına hazırlıq prosesini müzakirə ediblər.

Mertsin qeyd etdiyi kimi, o, Ukraynanın Avropa İttifaqına qoşulması üçün hazırlıq strategiyasını əhatə edən prosesə başlamaq təklifi ilə çıxış edib.

“Ukraynanın Avropa İttifaqına dərhal qoşulmasının imkansız olduğu hər kəsə aydındır. Lakin, Ukraynanın qoşulması üçün hazırlıq strategiyasını əhatə edən prosesə indi başlamağı təklif etdim” – Merts bildirib.

Oxşar