Fridrix Merts Ukraynada müharibə məsələsinin həlli üçün diplomatik vasitələrin tükəndiyini bildirir
Fridrix Merts Ukraynada müharibə məsələsinin həlli üçün diplomatik vasitələrin tükəndiyini bildirir

 

Fridrix Merts Ukraynada müharibə məsələsinin həlli üçün diplomatik vasitələrin tükəndiyini bildirir.

Bu barədə Almaniyanın kansleri Bundestaqda çıxışı zamanı deyib. Fridrix Merts Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Bununla yanaşı, Almaniyanın kansleri Rusiyanı Ukraynaya qarşı həyata keçirilmiş növbəti irimiqyaslı hücuma görə sərt tənqid edib.

Mertsin qiymətləndirməsinə görə, “Rusiya hökuməti bütün ölkənin varlığını şübhə altına almaq üçün hərbi gücdən istifadə edən cinayətkar rejimdir”. O bildirib ki, “Rusiyanın məqsədi Ukraynanı məhv etməkdir”.

“Almaniya hökuməti buna icazə verməmək üçün hər şeyi edəcək” -Merts bildirib.

Almaniyanın kansleri həmçinin diqqəti beynəlxalq arenada Almaniyanın rolunun artırılmasının əhəmiyyətinə yönəldib.

Fridrix Merts bildirib ki, “Almaniya Avropanın gözlədiyi liderlik məsuliyyətini öz üzərinə götürür”. Eyni kontekstdə Almaniya hökumətinin başçısı Berlinin tərəfdaşlara ehtiyacı olduğunu və bu baxımdan avropalı qonşular ilə yaxşı münasibətlərin inkişaf etdirilməsinin vacib olduğunu deyib.