Fridrix Merts - Ukraynada atəşkəs istəyirik, lakin istənilən bədələ yox, Ukraynanın kapitulyasiyasını istəmirik
Ukraynada atəşkəs istəyirik, lakin istənilən bədələ yox, Ukraynanın kapitulyasiyasını istəmirik – bu barədə Almaniyanın kansleri Fridrix Merts Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova səfəri zamanı Moldova, Polşa və Fransa liderləri ilə birgə mətbuat konfransı zamanı deyib.
“Sizin kimi biz də Ukraynada silahların nəhayət susmasını istəyirik. Bu, bu gün və dərhal baş versəydi, ideal olardı. Lakin istənilən bədələ yox. Biz Ukraynanın kapitulyasiyasını istəmirik. Belə kapitulyasiya Putinə yalnız vaxt verəcək və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək” – Fridrix Merts bildirib.