Fridrix Merts - Ukrayna humanitar enerji böhranının astanasındadır
Fridrix Merts - Ukrayna humanitar enerji böhranının astanasındadır

 

Ukrayna humanitar enerji böhranının astanasındadır – bu haqda Almaniyanın kansleri Fridrix Merts Parisdə “İstəklilər Koalisiyası”nın nümayəndələrinə müraciətində deyib.

Almaniyanın kanslerinin sözlərinə əsasən, Putin müharibənin dördüncü qışında atəşkəsə can atmır, əksinə, bu günə qədər Ukraynanın mülki infrastrukturuna ən miqyaslı hücumların əmrini verib.

Merts qeyd edib ki, Almaniyanın hökuməti müharibəni bitirməyə çalışır, lakin bu, yalnız Ukraynanın bu dəfə ABŞ və Avropadan real təhlükəsizlik zəmanətləri alması şərti ilə mümkündür.

Məlumat üçün bildirək ki, bu gün Parisdə “İstəklilər Koalisiyası” liderlərinin görüşü keçiriləcək və burada koalisiya tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətləri müəyyən edilməlidir.