Fridrix Merts - Ukrayna gənc kişilərin indi gördüyümüz kimi Almaniya, Polşa və Fransaya getməməsini, təhlükəsiz və güclü ölkəyə xidmət etməsini təmin etməlidir
Almaniyanın kansleri Fridrix Merts Ukrayna hakimiyyətini gənc vətəndaşların orduda xidmət etmələrini və vətənlərini tərk etməmələrini təmin etməyə çağırdı.
“Ukrayna gənc kişilərin indi gördüyümüz kimi Almaniya, Polşa və Fransaya getməməsini, təhlükəsiz və iqtisadi cəhətdən güclü Ukraynaya xidmət etməsini təmin etməlidir” – Merts Parisdə “İstəklilər Koalisiyası”nın görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Həmçinin, Merts qeyd edib ki, Almaniya Ukraynaya güclü silahlı qüvvələr yaratmağa kömək etməyə hazırdır.
“Ukraynanın silah, təlimlər və maliyyələşdirmə yolu ilə Rusiyanı effektiv şəkildə dayandıra biləcək silahlı qüvvələri olmalıdır. Almaniya atəşkəsin monitorinqində iştirak edəcək və Ukraynanın quruda, dənizdə və havada güclənməsini dəstəkləyəcək” – Merts bildirib.