Fridrix Merts sosial demokratlarla koalisiya yaratmaqla bağlı danışıqların başladığını təsdiq edir

20:48, 25.02.2025

 
Almaniyanın parlament seçkilərində qalib gələn blokun kanslerliyə namizədi Fridrix Merts sosial demokratlarla koalisiya yaratmaqla bağlı danışıqların başladığını təsdiq edir.

“Mən bu gün danışıqların məzmunu barədə heç nə deyə bilmərəm, çünki hələ tezdir, lakin düşünürəm ki, yaxın günlərdə danışıqlar daha da fəallaşacaq” – Merts bildirib.

Merts bildirir ki, onun prioritetləri Almaniyanın xarici və təhlükəsizlik siyasəti, miqrasiya və iqtisadiyyatdır.

Xatırladaq ki, fevralın 23-də Almaniyada Bundestaqın növbədənkənar seçkiləri keçirilib və Fridrix Mertsin liderliyi ilə mühafizəkar blok, “Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı” qalib gəlib.

Oxşar