Fridrix Merts – Rusiyanın aktivləri Avropada dondurulub və dondurulmuş vəziyyətdə elə Avropada da qalmalıdır, bu bizim işimizdir və qərarı biz veririk

18:03, 15.10.2026

 

Rusiyanın aktivləri Avropada dondurulub və dondurulmuş vəziyyətdə elə Avropada da qalmalıdır. Bu bizim işimizdir və qərarı biz veririk – bu barədə Almaniyanın kansleri Fridrix Merts açıqlayıb.

Merts bu bəyanatı Amerika Birləşmiş Ştatlarının Avropa ölkələrinə dondurulmuş rus aktivlərinin bir hissəsinin blokdan çıxarılmasını və Vaşinqtonun nəzarəti altına verilməsini təklif etməsi barədə məlumat yayıldıqdan sonra verib.

“Financial Times” qəzeti, amerikalı danışıqçılar Stiv Uitkof və Cared Kuşnerin bu təşəbbüslə oktyabrın 9-da Mayamidə keçirilən görüşdə çıxış etmələrinə dair məlumat verir. Görüşdə Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO-nun nümayəndələri iştirak edirdilər.

Nəşrin mənbələri, Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsinin sülh sazişinin geniş kontekstində müzakirə edildiyini xəbər veriblər. Amerika tərəfi aktivlərin blokdan çıxarılmasının bir neçə mümkün variantını, o cümlədən aktivlərin ABŞ-nin nəzarətində olan struktura verilməsini təqdim edib. “Financial Times” avropalıların bu planı rədd etdiklərini yazır.

Oxşar