Fridrix Merts Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatması ilə bağlı əlamətlər görə bilmədiyini deyir
Fridrix Merts Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatması ilə bağlı əlamətlər görə bilmədiyini deyir

 

Almaniyanın kansleri Fridrix Merts Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatması ilə bağlı əlamətlər görə bilmədiyini deyir. Almaniyanın kansleri bu barədə Berlində keçirilən mətbuat konfransında danışıb.

“Hazırda bu müharibənin tezliklə sona çatması ilə bağlı heç bir əlamət yoxdur” – Merts bildirib.

Bununla yanaşı, Almaniyanın kansleri qeyd edib ki, biz yalnız ümid edə bilərik ki, ən azı münaqişə tərəflərinin konstruktiv danışıqlar üçün Vatikanda bir araya gətirilməsi mümkün olacaq.

Merts Almaniyanın sülh səyində “aktiv, dəstəkləyici və güclü” rolunun əhəmiyyətini vurğulayıb.