Fridrix Merts – Növbəti həftələr Avropanın azadlığının qorunması baxımından həlledici olacaq

18:44, 14.09.2026

 

Növbəti həftələr Avropanın azadlığının qorunması baxımından həlledici məqam olacaq – bu barədə Almaniyanın kansleri Fridrix Merts Finlandiyada, Arktika Təhlükəsizlik Sammitində çıxışı zamanı bildirib.

O, həmçinin növbəti həftələrin Ukrayna və Avropa İttifaqının Rusiya ilə qarşıdurmasında həlledici əhəmiyyətə malik olacağını deyib.

“Böyük ehtimalla, qitəmizin azadlığı və sülhünün qorunması yolunda ən həlledici məqamın, bəlkə də həftələrin və ya ayların ərəfəsindəyik.

Burada, Avropanın uzaq şimalında Avropada sülhün nə dərəcədə təhlükə altında olduğu görünür. Mən yalnız hər kəsi bu təhlükəyə ciddi yanaşmağa çağıra bilərəm. Sülhü və azadlığı birlikdə qorumaq üçün bütün imkanlarımızdan istifadə etməliyik” – Fridrix Merts jurnalistlərə bildirib.

Bununla yanaşı, Almaniyanın kansleri Ukraynanı dəstəkləmək üçün hər şeyi edəcəyini qeyd edib. Merts həmçinin Avropa İttifaqı miqyasında skeptisizmin artdığını bildirib və buna misal olaraq Şərqi Almaniyada keçirilən və “Almaniya üçün Alternativ” (AfD) partiyasının qələbə qazandığı regional seçkiləri göstərib.

Oxşar