Fridrix Merts – Millətin sevimlisi olmaq niyyətim yoxdur, məqsədim bu ölkəni düzgün yola qaytarmaqdır, mən münaqişənin mərkəzindəyəm, belə olmasaydı, şəxsi bəyənilmə reytinqim daha yaxşı olardı
Fridrix Merts məşhurlaşmaqda maraqlı olmadığını bildirir. Almaniyanın kansleri qeyd edib ki, onun prioriteti öz reytinqini qaldırmaqdan daha çox çətin islahatları həyata keçirməkdir.
Merts bu barədə Berlində Alman İşəgötürənləri Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı açıqlayıb.
“Millətin sevimlisi olmaq niyyətim yoxdur. Məqsədim bu ölkəni düzgün yola qaytarmaqdır ki, xüsusilə gənc nəslə yenidən ağlabatan perspektivlər təklif edə bilək. Mən münaqişənin mərkəzindəyəm. Belə olmasaydı, şəxsi bəyənilmə reytinqim daha yaxşı olardı” – o, bildirib.
Məlumat üçün bildirək ki, “ARD-DeutschlandTrend” tərəfindən oktyabrın 1-də dərc edilən sorğu göstərib ki, seçicilərin yalnız 10%-i Mertsin fəaliyyətindən razıdır. Bu, 1997-ci ildən bəri Almaniyanın kansleri üçün ən aşağı göstəricidir.