Fridrix Merts - İstəyirik ki, əgər mümkündürsə eskalasiyanın qarşısını alaq, Qrenlandiya və Danimarka həmrəyliyimizə ümid edə bilərlər
Fridrix Merts - İstəyirik ki, əgər mümkündürsə eskalasiyanın qarşısını alaq, Qrenlandiya və Danimarka həmrəyliyimizə ümid edə bilərlər

 

İstəyirik ki, əgər mümkündürsə eskalasiyanın qarşısını alaq, Qrenlandiya və Danimarka həmrəyliyimizə ümid edə bilərlər – bu haqda Almaniyanın kansleri Fridrix Merts deyib.

“Dünyada dəyişikliklər gedir və biz buna uyğunlaşmalıyıq. ABŞ ilə danışıqları dəstəkləməyə hazırıq və bu danışıqların əsası hər zaman suverenlik və ərazi bütövlüyü prinsipləri olmalıdır” – Merts bildirib.

Merts qeyd edib ki, qeyd olunan məsələ ilə bağlı Donald Trampla Davosda, Dünya İqtisadi Forumu çərçivəsində danışmağı planlaşdırır.

Almaniyanın kansleri həmçinin bildirib ki, Avropa İttifaqı lazım gəlsə müxtəlif tədbirlərlə cavab verə bilər, lakin bunu istəmir və ümid edir ki, məsələ diplomatik yolla həll olunacaq. Onun sözlərinə əsasən, Tramp dəfələrlə rüsumlarla hədələyib və tez-tez bu hədələməni həyata keçirir, lakin bəzən onu inandırmaq mümkündür.

“Biz eskalasiya istəmirik. Biz Amerika Birləşmiş Ştatları ilə ticarət mübahisəsi istəmirik, lakin əgər qarşıya çıxan tarifləri qeyri-məqbul hesab etsək, cavab verə bilərik” – Merts bildirib və qeyd edib ki, bu məsələ cümə axşamı Avropa İttifaqının fövqəladə sammitində müzakirə olunacaq.