Fridrix Merts - İsraili Qərb Sahilində tikinti işlərindən çəkinməyə çağırırıq, bu iki dövlət prinsipinin reallaşmasını çətinləşdirəcək
Almaniyanın kansleri Fridrix Merts İsrailin İordan çayının Qərb Sahilində, Qüdsün şərqində yeni yaşayış məntəqələri inşa etməsini “böyük səhv” olaraq qiymətləndirir.
Onun sözlərinə əsasən, Almaniya hökuməti İsraili bu cür addımlardan çəkinməyə çağırır.
Almaniyanın kanslerinin dediyi kimi, E1 layihəsini dəstəkləmək iki dövlət prinsipinin reallaşmasını çətinləşdirəcək.
Məlumat üçün bildirək ki, İsrail hələ ötən ilin avqust ayında E1 layihəsinin tikintisinə “yaşıl işıq” yandırmışdı. Layihənin sahəsi 12 kvadrat kilometrdir. Yanvarda İsrail hakimiyyəti bu ərazidə 3400-ə qədər yaşayış məntəqəsinin tikintisi üçün tender elan etmişdi.
Həmçinin, beynəlxalq ictimaiyyət tərəfindən də İsrailin İordan çayının Qərb Sahilində tikinti aparması qəti şəkildə qınanır. BMT-nin baş katibinin sözçüsünün sözlərinə əsasən, İsrailin bu cür genişlənməsi Fələstin dövlətinin gələcəyi üçün “mövcudluq təhlükəsi” yaradır.