Fridrix Merts – İrana zərbələr endirməklə və nüvə silahının hazırlanmasının qarşısını almaqla, İsrail bizim hamımız üçün çirkli işi görür 

15:30, 18.06.2025

 

Almaniyanın kansleri Fridrix Merts bildirib ki, İrana zərbələr endirməklə və nüvə silahının hazırlanmasının qarşısını almaqla, İsrail “bizim hamımız üçün “çirkli işi” görür”.

Alman mediası ZDF-ə müsahibəsində kanslerdən İsrailin bütün dünyanın xeyrinə “çirkli işi” görməsi fikri ilə razı olub-olmadığını soruşublar. Merts sual verilərkən “çirkli iş” ifadəsinin işlədilməsinə görə minnətdar olduğunu deyib.

“İran rejimi hücumlar, qətllər, qırğın, “Hizbullah” və “HƏMAS” ilə dünyaya ölüm və dağıntı gətirdi” – Merts bildirib.

Onun qiymətləndirməsinə əsasən, 2023-cü ilin oktyabrın 7-də “HƏMAS” tərəfindən İsrailə edilmiş hücum İranın dəstəyi olmadan “mümkün olmazdı”.

​”Deyə bilərəm ki, İsrail Silahlı Qüvvələrinin və hökumətinin etməyə cəsarət göstərdiyi işə böyük hörmətim var” – Merts bildirib.

O, bildirib ki, “digər halda, bu rejimin terroru daha çox aylar və illər ərzində davam edəcəkdi və sonra, ehtimal ki, nüvə silahı onların əlinə keçəcəkdi.

Oxşar