Fridrix Merts - İran danışıqlar masasına əyləşməlidir, vaxt qazanmağı dayandırmalı, bütün bölgəni və dünyanı girov saxlamamalıdır
Fridrix Merts - İran danışıqlar masasına əyləşməlidir, vaxt qazanmağı dayandırmalı, bütün bölgəni və dünyanı girov saxlamamalıdır

 

Almaniyanın kansleri Fridrix Merts İranı danışıqlar masasına qayıtmağa çağırır və Tehrana sanksiyalar şəklində təzyiqin gücləndirilməsinin tərəfdarıdır.

O, Hörmüz boğazının blokadasının hər kəsə nəhəng iqtisadi ziyan vurduğunu deyib.

“Biz həmçinin İranın Hörmüz boğazını blokadaya almasına dərhal son qoymağa borcluyuq. Zəruri şərtlər yerinə yetirilərsə, Almaniya naviqasiya azadlığını təmin etmək üçün hərbi tədbirlər görməyə hazırdır. Keçən həftə Kiprdə Avropa Şurasının görüşü öncəsi mən Tehrana qarşı sanksiya təzyiqini yenidən gücləndirməyə çağırdım, çünki Hörmüz blokadada qalarsa, bu, hamımız üçün nəhəng iqtisadi ziyana səbəb olacaq. Bizim mesajımız budur ki, İran danışıqlar masasına əyləşməlidir, vaxt qazanmağı dayandırmalı, bütün bölgəni və ümumiyyətlə, dünyanı artıq girov saxlamamalıdır. İranın hərbi nüvə proqramına son qoyulmalıdır” – Almaniyanın kansleri bildirib.