Almaniyanın kansleri Fridrix Merts ilk beynəlxalq səfərini Fransaya edib və prezident Emmanuel Makronla görüşəcək.
Fridrix Merts bu gün axşam Polşaya yollanacaq və baş nazir Donald Tusk ilə Avropanın immiqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı danışıqlar aparacaq.
Bundan əvvəl isə Almaniyanın kansleri sələfi Olaf Şoltsdan hökuməti təhvil alıb və nazirlər kabinetinin yeni tərkibi ilə birlikdə birgə şəkil də çəkdirib.
Bundestaq mayın 6-da 325 səslə Fridrix Mertsi ikinci cəhdində təsdiqləyib.