Fridrix Merts ilk beynəlxalq səfəri çərçivəsində Donald Trampla görüşəcəyi Vaşinqtona gedəcək

13:44, 04.06.2025

 

Almaniyanın kansleri Fridrix Merts ilk beynəlxalq səfəri çərçivəsində Vaşinqtona gedəcək. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Fridrix Merts iyunun 5-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Medianın məlumatında, Almaniya və ABŞ liderlərinin müxtəlif məsələlərlə yanaşı, Ukraynada müharibənin dayandırılması və rüsumları müzakirə edəcəkləri deyilir.

Oxşar