Fridrix Merts – Donald Tramp idarəçiliyi Konqresdən yan keçməklə davam etdirəcək
Almaniyanın kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Tramp növbəti iki il ərzində də Konqresdən yan keçməklə, icraedici fərmanlar vermək yolu ilə fəaliyyət göstərəcək.
“Son iki il ərzində Tramp əsasən Konqreslə razılaşdırmadan ölkəni idarə edirdi. İndi niyə nə isə dəyişməlidir ki?” – Merts bildirib.
Almaniyanın kansleri qeyd edib ki, ABŞ-də aralıq seçkilərində demokratların qələbə qazanması onun üçün xüsusi həyəcan səbəbi olmayıb.
“Dəyişiklik büdcə planlamasına və əlbəttə ki, silahlı qüvvələrlə bağlı məsələlərə də şamil olunacaq” – Merts açıqlayıb.
ABŞ Konstitusiyasına əsasən, dövlət büdcəsini təsdiqləmək səlahiyyəti Konqresə məxsusdur. Konqres həmçinin hərbi məsələlərə, o cümlədən Avropada yerləşdirilmiş Amerika qoşunlarının sayına təsir göstərə bilər.