Fridrix Merts bildirir ki, Rusiyanın Polşa və Rumıniyanın hava məkanını pozması Putin tərəfindən sərhədlərin yoxlanılması və sabotajın uzunmüddətli tendensiyasının bir hissəsidir
Fridrix Merts bildirir ki, Rusiyanın Polşa və Rumıniyanın hava məkanını pozması Putin tərəfindən sərhədlərin yoxlanılması və sabotajın uzunmüddətli tendensiyasının bir hissəsidir

 

Rusiyanın Polşa və Rumıniyanın hava məkanını pozması Vladimer Putin tərəfindən sərhədlərin yoxlanılması və sabotajın uzunmüddətli tendensiyasının bir hissəsidir. Bu barədə Almaniyanın kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı deyib.

“Rusiya hiyləgər şəkildə azad cəmiyyətlərimizdə sabitliyi pozmaq istəyir” – Merts parlamentin aşağı palatasında çıxışı zamanı bildirib.

Almaniyanın lideri həmçinin qeyd edib ki, Ukraynada sülh razılaşması Ukraynanın siyasi suverenliyi və ərazi bütövlüyü hesabına əldə edilə bilməz.

“Diktə edilmiş sülh, azadlıq olmadan sülh Putini növbəti hədəfi axtarmağa təşviq edəcək” – Fridrix Merts bildirib.