Fridrix Merts bildirir ki, Leypsiq hava limanına dronla hücum cəhdi Rusiyada uzun müddət ərzində hazırlanıb və fəlakətin qarşısının alınması təsadüfən baş verib
Almaniyanın kansleri Fridrix Merts bildirir ki, Leypsiq hava limanına dronla hücum cəhdi Rusiyada uzun müddət ərzində hazırlanıb və fəlakətin qarşısının alınması təsadüfən baş verib.
“Müəyyən edilmiş bu hücum Rusiyada aylar ərzində planlaşdırılıb, konkret olaraq Almaniyaya qarşı yönəldilib və yalnız təsadüf nəticəsində ciddi maddi ziyanın və insanların xəsarət almasının qarşısı alınıb”, – deyə Merts bildirib.
Məlumat üçün bildirək ki, sentyabrın 1-də Almaniya avqustun 4-də baş vermiş insidentə görə məsuliyyəti rəsmi olaraq Moskvanın üzərinə qoyub. Həmin vaxt Leypsiq hava limanının ərazisində partlayıcı maddələrlə təchiz edilmiş üç dron aşkar edilib. Rusiya hadisədə iştirakını inkar edir.
Bununla yanaşı, insident səbəbindən Almaniya antisabotaj qalxanının yaradılmasına qərar verib. Plana əsasən, dron hücumlarından, kiberhücumlardan və Rusiyanın digər təxribat formalarından müdafiəni gücləndirmək üçün geniş tədbirlər paketi hazırlanacaq. Bu qərarın qəbul edilməsinə səbəb ötən ay Leypsiq hava limanına dronlarla hücum olub.