Fridrix Merts: Avropa Rusiya ilə danışıqlara hazırdır, lakin Moskva ilə paralel kommunikasiya kanalları açılmayacaq
Avropa İttifaqı müharibəyə son qoymaq məqsədilə Rusiya ilə danışıqlar aparmağa hər zaman hazırdır. Bu barədə Almaniya kansleri Fridrix Merts bəyan edib.
Onun sözlərinə görə, danışıqlara hazır olmasına baxmayaraq, Avropa Rusiya ilə “paralel kommunikasiya kanalları açmayacaq”.
“Biz, əlbəttə ki, hər zaman Rusiya ilə danışıqlara hazırıq. Hazırda Əbu-Dabidə koordinasiyalı danışıqlar aparılır. Əgər bu danışıqların daha da yaxşılaşdırılmasına töhfə verə bilərəksə, bunu edəcəyik. Lakin biz paralel kommunikasiya kanalları açmayacağıq”, – deyə Fridrix Merts bildirib.