Fridrix Merts Avropa İttifaqı yeni maliyyə böhranına doğru getdiyi üçün “çox narahat olduğunu” bildirir
Almaniyanın kansler namizədlərindən biri Fridrix Merts Avropa İttifaqı yeni maliyyə böhranına doğru getdiyi üçün “çox narahat olduğunu” bildirir, çünki “hökumətlər həddən çox borc götürüblər”.
“Biz ola bilsin başqaları kimi dövlət maliyyəmizlə ehtiyatsız davrana bilmərik və mən başqaları üçün də olduqca narahatam” – “Xristian Demokrat İttifaqı”nın lideri bildirib.
Bununla yanaşı, Merts haqqında danışdığı “digər ölkələrin” adını çəkməyib.
“Politico”nun məlumatına əsasən, Avropa İttifaqının 6 ölkəsinin: Fransa, İtaliya, Yunanıstan, Belçika, İspaniya və Portuqaliyanın illik hasilatından artıq borcu var.
“Növbəti maliyyə böhranı mütləq gələcək, bu, dövlət borcu böhranı olacaq” – Merts deyib.
Merts bu bəyanatı Almaniyada planlaşdırılan seçkilərə beş gün qalmış verib. Qeyd edilməlidir ki, artıq Almaniyada “Borc əyləci” islahatı haqqında debatlar gedir. “Borc əyləci” federal hökumətə ümumi daxili məhsulun 0,35%-dən çoxunu milli borcda götürməsini qadağan edən sərt xərcləmə qaydasıdır. Bu qaydanın dəyişdirilməsi ilə bağlı debatlar ABŞ-ın Avropa İttifaqının özünün müdafiəsi üçün daha çox pul ödəməsini tələb etməsi səbəbindən güclənib.