Fridrix Merts - Avropa İttifaqı və ABŞ arasında razılaşma Almaniyanın ixracyönümlü iqtisadiyyatına ağır zərbə vuracaq ticarət münaqişəsinin qarşısını uğurla alıb
Fridrix Merts - Avropa İttifaqı və ABŞ arasında razılaşma Almaniyanın ixracyönümlü iqtisadiyyatına ağır zərbə vuracaq ticarət münaqişəsinin qarşısını uğurla alıb

 

Almaniyanın kansleri Fridrix Merts Avropa İttifaqı və ABŞ arasında əldə olunan ticarət razılaşmasını müsbət qiymətləndirib.

“Avropa İttifaqı və ABŞ arasında danışıqlar zamanı əldə olunan razılaşma Almaniyanın ixracyönümlü iqtisadiyyatına ağır zərbə vuracaq ticarət münaqişəsinin qarşısını uğurla alıb. Avropa İttifaqının birliyi və danışıqları aparan insanların əməyi nəticə verdi. Əsas maraqlarımızı qoruya bildik. Sabit və proqnozlaşdırıla bilən ticarət münasibətləri bazara çıxışla Atlantik okeanının hər iki tərəfində olan bütün insanlara, həm biznes, həm də istifadəçilərə xeyir verəcək” – Merts sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Laien danışıqlar nəticəsində ticarət razılaşmasına nail olublar. Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Avropa mallarının ABŞ-a idxalına 15%-lik rüsum tətbiq ediləcəyini təsdiqləyib. Razılaşmanın əsas bəndləri belədir: Avropa İttifaqı ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq, həmçinin Avropa İttifaqı ABŞ-a əlavə olaraq 600 milyard dollar sərmayə qoyacaq.