Fridrix Merts - Almaniyaya ehtiyatlı nikbinliklə qayıdıram ki, növbəti bir neçə günə ABŞ-da da Rusiyaya qarşı sonrakı sanksiyaların tətbiqi ilə bağlı qərarlar olacaq
Almaniyanın kansleri Fridrix Merts bildirir ki, Böyük Yeddilik ölkələrinin liderləri bütün mümkün tədbirlərdən, o cümlədən Rusiyaya qarşı sanksiyalardan istifadə edəcəklər.
Merts, Avropa İttifaqının bunun üçün artıq hərtərəfli paket hazırladığını deyib.
“Biz Ukraynaya hərbi dəstəyi yenə də davam etdirəcəyik. Bu barədə konsensus təkcə Avropa İttifaqında deyil, həm də Böyük Yeddilik qrupunda da mövcuddur. Biz, həmçinin, sonrakı sanksiyalar üçün Amerika tərəfi ilə müxtəlif variantları müzakirə etdik. Almaniyaya ehtiyatlı nikbinliklə qayıdıram ki, növbəti bir neçə gün ərzində Amerikada da Rusiyaya qarşı sonrakı sanksiyaların tətbiqi ilə bağlı qərarlar olacaq. Biz hamımız razılaşdıq ki, bu müharibənin mümkün qədər tez bitməsi üçün bacardığımız hər şeyi etməliyik” – Fridrix Merts Kanadada keçirilən Böyük Yeddiliyin sammitindən sonra deyib.
Almaniyanın kansleri ümid etdiyini bildirib ki, liderlər hərbi dəstək və sanksiyalar vasitəsilə Rusiyanı danışıqlar masasına əyləşməyə inandıracaqlar.