Fridrix Merts - Almaniyada sığınacaq axtaran Ukrayna vətəndaşı olan gənc kişilərin sayının azaldılması üçün Kiyevlə birlikdə işləyəcəyik, onların ölkələrini müdafiə etmələri həlledicidir
Almaniyada sığınacaq axtaran Ukrayna vətəndaşı olan gənc kişilərin sayının azaldılması üçün Kiyevlə birlikdə işləyəcəyik – bu haqda Almaniyanın kansleri Fridrix Merts Berlində Ukrayna Prezidenti ilə birlikdə keçirilən brifinqdə bildirib.
O, gənc ukraynalı kişilərin vətənlərində qalmasının Ukraynanın maraqlarına uyğun olduğunu deyib.
“Almaniyaya sığınan Ukrayna vətəndaşları ilə bağlı sıx koordinasiyamız olacaq. Onların evə qayıtma prosesini asanlaşdıracağıq. Almaniyaya sığınan gənc kişilərin sayının azaldılması üçün Ukrayna ilə birlikdə işləyəcəyik. Bu kişilərin ölkələrini müdafiə etmələri həlledicidir” – Merts bildirib.
Məlumat üçün bildirək ki, Almaniyada Ukrayna vətəndaşlarına qaçqın statusu verilir, bu da onlara sığınacaq axtaran şəxslərin faydalandığı güzəştləri almağa imkan verir. Onların həmçinin işləmək hüququ da var.