Fridrix Merts – Almaniyada islahatlara ehtiyac var və bunun səbəblərindən biri də Putinin Avropaya qarşı müharibəsidir

16:54, 18.03.2025

 
Almaniyada islahatlara ehtiyac var və bunun səbəblərindən biri də Putinin Avropaya qarşı müharibəsidir – bu haqda Almaniyanın “Xristian Demokrat” İttifaqının lideri Fridrix Merts Bundestaqda çıxışı zamanı bildirib.

“Avropaya qarşı müharibə, təkcə Ukraynanın ərazi bütövlüyünə qarşı deyil. Biz özümüzü açıq cəmiyyətə hücumlardan, azadlığımıza edilən hücumdan, əlimizdə olan hər şeylə müdafiə edəcəyik” – Fridrix Merts bildirib.

Onun sözlərinə əsasən, Almaniya “müdafiə imkanlarını qismən, sıfırdan bərpa etməyə ehtiyac duyur”.

O, prioritetləri, o cümlədən Avropa peyk sistemlərinin və təyyarələrinin alınmasını sadalayıb.

Oxşar