Fridrix Merts – Almaniya və Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından müharibələrdən ciddi zərər çəkiblər
Almaniya və Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından bu müharibələrdən ciddi zərər çəkiblər – bu haqda Almaniyanın Kansleri Fridrix Merts Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
O, Ukrayna və Ermənistan-Azərbaycan münaqişələrinin təfərrüatlı şəkildə necə fərqlənməsindən asılı olmayaraq, Almaniyanın bu münaqişələrin danışıqlar yolu ilə həllini dəstəklədiyini bildirib.
“Almaniya və Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi maraqlar baxımından bu müharibələrdən ciddi zərər çəkiblər. Bu iki münaqişənin təfərrüatlarda nə qədər fərqlənməsindən asılı olmayaraq, bütün hallarda biz onların yalnız danışıqlar yolu ilə həllini dəstəkləyirik, çünki inanırıq ki, yalnız danışıqlar yekun, uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik gətirir. Məhz buna görə də, cənab Prezident, sizi burada, Almaniyada xüsusi səmimiyyətlə salamlayıram və Azərbaycanla Ermənistan arasında imzaladığınız sülh sazişi münasibətilə sizi təbrik edirəm. Bu, onilliklər ərzində mövcud olan münaqişənin dəf edilməsinə qapı açan tarixi sazişdir. Bir daha, cənab Prezident, bu gün Berlini ziyarət etdiyiniz üçün sizə minnətdaram. Azərbaycan və Almaniya arasında yaxşı əməkdaşlığın davam etməsini səbirsizliklə gözləyirik” – Fridrix Merts bildirib.