Fridrix Merts alman əsgərlərin Ukraynaya göndəriləcəyini gözləmir - "Məsələ gündəmdə deyil"
Almaniyanın kansleri Fridrix Merts alman əsgərlərin Ukraynaya göndəriləcəyini gözləmir.
O, məsələnin gündəmdə olmadığını deyib.
Bu barədə Fridrix Merts “Welt TV”nin efirində deyib.
“Biz atəşkəsdən uzağıq və sülh razılaşmasından isə daha da uzağıq” – Almaniyanın kansleri qeyd edib.
Fridrix Merts bildirib ki, Vladimer Putinin 9 Mayla əlaqədar elan etdiyi Ukrayna münaqişəsində üçgünlük atəşkəs rejimi uzadıla bilər. O, məsələnin Rusiyanın hakimiyyətindən asılı olduğunu deyib.