Fridrix Merts - ABŞ-nin yeni təhlükəsizlik strategiyasının bir hissəsi bizim üçün qəbuledilməzdir, Avropada təhlükəsizlik sahəsində ABŞ-dan daha müstəqil olmalıyıq fikrimi təsdiqləyir
Almaniyanın kansleri Fridrix Merts bildirir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının yeni milli təhlükəsizlik strategiyası Avropanın təhlükəsizlik baxımından Amerika Birləşmiş Ştatlarından “daha müstəqil” olmasının vacibliyini vurğulayır.
O, guya Avropa demokratiyasının xilas edilməyə ehtiyac duyması fikrinə qarşı çıxdığını bildirir.
“Sənədin bəzi hissələri başa düşüləndir, lakin onun bir hissəsi, Avropa baxımından bizim üçün qəbuledilməzdir. Yeni sənəd Avropada və eləcə də, Almaniyada təhlükəsizlik sahəsində ABŞ-dan daha müstəqil olmalıyıq fikrimi təsdiqləyir. Bu, təəccüblü deyil, lakin indi bu bir daha təsdiqlənib. Bu, sənədləşdirilib. Amerikalılar indi Avropada demokratiyanı xilas etmək istəyirlər, mən buna ehtiyac görmürəm. Onu xilas etmək lazım olsaydı, bunu təkbaşına edə bilərdik” – Fridrix Merts bildirir.
Donald Trampın administrasiyası dekabrın 5-də ABŞ-nin 2025-ci il üzrə Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəd Avropaya, o cümlədən söz azadlığına senzuraya görə tənqidi ehtiva edir. ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasında həmçinin deyilir ki, Avropa əhalisinin əksəriyyəti sülh istəyir, lakin bu, siyasətdə əks olunmur və əsasən hökumətlər tərəfindən demokratik proseslərin sarsıdılmasına görə. Bundan başqa, ABŞ-nin 2025-ci il üzrə Milli Təhlükəsizlik Strategiyasında qeyd olunub ki, “NATO-nun Avropada daim genişlənən ittifaq kimi qəbul edilməsinə son qoyulmalıdır”.