Fridrix Merts - ABŞ-la rüsumlarla bağlı sürətli və sadə razılaşmaya nail olmaq daha yaxşıdır
Fridrix Merts - ABŞ-la rüsumlarla bağlı sürətli və sadə razılaşmaya nail olmaq daha yaxşıdır

 

Almaniyanın kansleri Fridrix Merts bir daha Avropa İttifaqını Amerika Birləşmiş Ştatları ilə rüsumlarla bağlı “sürətli və sadə” razılaşmaya nail olmağa çağırır.

“Sürətli və sadə həll aylar ərzində danışıqlar mərhələsində qalan uzun və mürəkkəb həlldən daha yaxşıdır” – Fridrix Merts Berlində Milli Kooperativ Banklar Assosiasiyasının illik konvensiyasında bildirib.

Xatırladaq ki, Avropa İttifaqının ticarət komissarı Maroş Şefçoviç Vaşinqtondadır və rüsumlarla bağlı danışıqlar aparır.