Fridrix Merts: ABŞ hökuməti Almaniyaya “Tomahawk” raketlərinin satışına razılıq verib
Almaniya kansleri Fridrix Merts bildirib ki, ABŞ hökuməti Almaniyaya uzaqmənzilli qanadlı “Tomahawk” raketlərinin satışına razılıq verib. Almaniya hökumətinin başçısı bu barədə Bundestaqda çıxışı zamanı danışıb.
Mertsin sözlərinə görə, sözügedən raketləri federal hökumət alacaq və onlar Almaniyada yerləşdiriləcək. Tərəflər bu barədə Türkiyənin paytaxtı Ankarada keçirilən NATO sammiti çərçivəsində razılığa gəliblər.
Almaniya kansleri bildirib ki, bu addım müdafiə sahəsində mövcud olan “əhəmiyyətli strateji boşluğu” aradan qaldıracaq. Merts eyni zamanda qeyd edib ki, Avropa öz sistemlərini hazırlamaq və yerləşdirmək niyyətindədir.
Almaniya kansleri həmçinin vurğulayıb ki, NATO transatlantik ittifaq olaraq qalır, lakin Avropa öz təhlükəsizliyi ilə bağlı daha çox məsuliyyət daşımalıdır.