Fridrix Mersin təşəbbüsü ilə 13 avqustda Donald Tramp, Volodimir Zelenski və avropalı liderlərin onlayn görüşü keçiriləcək
Fridrix Mersin təşəbbüsü ilə 13 avqustda Donald Tramp, Volodimir Zelenski və avropalı liderlərin onlayn görüşü keçiriləcək

Almaniya kansleri Fridrix Mersin təşəbbüsü ilə 13 avqustda Donald Tramp, Volodimir Zelenski və avropalı liderlərin onlayn görüşü baş tutacaq.

Görüş yerli vaxtla saat 15:00-da başlayacaq.

Mers, Tramp və Zelenskidən əlavə, danışıqlarda Böyük Britaniya, İtaliya, Polşa, Finlandiya və Fransanın prezident və hökumət başçılarının, həmçinin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin, Avropa Şurasının prezidenti Antoniu Koştanın, NATO-nun baş katibi Mark Rüttenin və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iştirak edəcəyi gözlənilir.

“Danışıqlar çərçivəsində, digər məsələlərlə yanaşı, Rusiyaya təzyiqin artırılması üçün növbəti variantlar müzakirə olunacaq. Bundan əlavə, mümkün sülh danışıqlarına hazırlıq, eləcə də ərazilər və təhlükəsizliklə bağlı məsələlər nəzərdən keçiriləcək”, – deyə Almaniya hökumətinin açıqlamasında bildirilir.