Fridrix Mers İsrail və İran arasında atəşkəsi alqışlayır və tərəfləri razılaşmaya əməl etməyə çağırır
Almaniyanın kansleri Fridrix Mers İsrail və İran arasında əldə olunmuş atəşkəsi alqışlayır və hər iki tərəfi razılaşmanın şərtlərinə riayət etməyə çağırır.
Mersin sözlərinə görə, əgər İsrail və İran arasında atəşkəs həqiqətən də təmin olunarsa, bu, Yaxın Şərqi və bütün dünyanı daha təhlükəsiz edəcək.
“Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi həlledici hərbi zərbələrdən sonra uğurlu şəkildə həyata keçirilərsə, bu çox pozitiv bir inkişaf olacaq. Bu, Yaxın Şərqi və bütün dünyanı daha təhlükəsiz edəcək,” – deyə Almaniya kansleri qeyd edib.
Mers həm İranı, həm də İsraili razılaşmanı qorumağa çağırıb.
“Bu gün Haaqada, NATO sammiti çərçivəsində, amerikalı və avropalı tərəfdaşlarımızla birlikdə vəziyyətin gələcəkdə necə sabitləşdirilə biləcəyini müzakirə edəcəyik,” – deyə Mers əlavə edib.