Fransua Peşo TBC Bank işi ilə bağlı - Milli Bank Gürcüstanı maliyyə sisteminin nəzarətçisi olaraq, öz işini görür
Biz hesab edirik ki, Milli Bank Gürcüstanın maliyyə sisteminin nəzarətçisi olaraq və öz məsuliyyətini nəzərə alaraq, sadəcə işini görür.
Bu barədə bəyanatı Beynəlxalq Valyuta Fondunun daimi nümayəndəsi Fransua Peşo verdi.
Onun dediyinə görə, müəyyən tədbirlərin keçirilməsi üçün hüquqi əsasın olduğu təqdirdə, həmin tədbirin keçirilməməsi Milli Bankın, effektiv bir maliyyə sektoru olaraq, nəzarətçiliyinə qarşı suallar yarada bilərdi.
“Dəqiq təfərrüatlar bizim üçün naməlumdur, ancaq hesab edirik ki, Milli Bank güclü bir maliyyə təşkilatıdır və sadəcə öz işini görür” – dedi Fransua Peşo.